BAKI, 12 iyun. TELEQRAF

“İranın ali rəhbəri Əli Xameneyi açıq şəkildə bəyan edib ki, İran nüvə silahı yaratmayacaq və bu, bizim qəti mövqeyimizdir”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“ABŞ ilə danışıqlar ali rəhbərin müəyyən etdiyi siyasət əsasında qurulub. Elmi araşdırmaları tamamilə dayandırmalı olacağımız, sənaye, tibb, kənd təsərrüfatı və digər sahələr üçün zəruri olan nüvə materiallarının əldə edilməsi üçün Qərbin təsdiqini gözləməli olacağımız şərtləri heç vaxt qəbul etməyəcəyik. Bizim elmi araşdırmalarla məşğul olub-olmayacağımıza qərar vermək hüququnu onlara kim verib? Heç vaxt təzyiqlərə boyun əyməyəcəyik. Rəhbər açıq şəkildə bəyan edib ki, İran nüvə silahı yaratmayacaq və bu, bizim qəti mövqeyimizdir”, - o vurğulayıb.