BAKI, 6 iyun. TELEQRAF
“Hizbullah” tərksilah olunana qədər Livan bombardman ediləcək”.
Teleqraf xəbər verir ki, bunu Beyrut ətrafı və Livanın cənubuna gecə hücumlarının ardınca İsrail müdafiə naziri İsrael Katz deyib.
Müdafiə naziri Livan hökumətinin terror təşkilatını tərksilah etməsinin vacibliyini vurğulayıb.
Katz Livan Prezidenti Cozef Auna müraciətində bildirib: “Əgər tələb olunanı etməsəniz, tam gücümüzlə hərəkətə davam edəcəyik”.
İsrail müdafiə naziri Livan hökumətini ordunun atəşkəs rejiminə əməl etməsini təmin etməyə çağırıb.
“İsrail təhlükəsizlikdə olmadan Beyrutda sülh və sabitlik olmayacaq”, - Katz vurğulayıb.