BAKI, 31 may. TELEQRAF

İsrail Silahlı Qüvvələri Suriyanın Latakiya vilayətinin Cəblə şəhərindəki obyektlərə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Vatan" nəşri məlumat yayıb.

Məlumata görə, zərbə endirilən hədəflər Cəblə yaxınlığındakı Zama kəndində yerləşir. Hadisənin təfərrüatı və hücumun nəticələri haqqında məlumat dəqiqləşdirilir.

Qeyd edək ki, daha əvvəl ərəb KİV-i Suriyanın Latakiya və Tartus vilayətlərində partlayış səslərinin eşidildiyi barədə məlumat vermişdi.