BAKI, 12 aprel. TELEQRAF

İranın Omanda aparılan danışıqlardakı əsas və yeganə məqsədi ABŞ ilə dialoq vasitəsilə İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasına nail olmaqdır.

Teleqraf xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyi bəyan edib.

Qeyd edək ki, hazırda Omanda ABŞ və İran nümayəndələrinin görüşü keçirilir.