
BAKI, 11 aprel. TELEQRAF
ABŞ əvvəlki razılaşmaları yerinə yetirmədiyi üçün İran birbaşa danışıqlara getmir.
Teleqraf xəbər verir ki, İranın Rusiyadaki səfiri Kazım Cəlali ölkəsinin ABŞ ilə birbaşa danışıqlara başlamamasının səbəbini açıqlayıb.
"Biz əvvəllər birbaşa danışıqlar aparmışdıq. Ancaq danışıqlardan sonra ABŞ əvvəl razılaşdıqları bütün şərtləri pozdu", – o qeyd edib.
Qeyd edək ki, İran və ABŞ nümayəndə heyətləri arasında ilk məsləhətləşmə raundu aprelin 12-də Omanda keçiriləcək.