BAKI, 18 mart. TELEQRAF

İsrail müdafiə naziri İsrael Katz HƏMAS-ın israilli girovları azad etməkdən imtina etməsi səbəbindən Qəzza zolağında hücumları bərpa etdiklərini açıqlayıb.

Teleqraf xəbər verir ki, HƏMAS-ı sərt addımlarla təhdid edən nazir məqsədlərinə çatana qədər hücumlara davam edəcəklərini bildirib.

“HƏMAS bütün girovları azad etməsə, Qəzzada cəhənnəmin qapıları açılacaq”, - Katz vurğulayıb.

Xatırladaq ki, İsrail gecə saatlarında Qəzza zolağına hava zərbələri endirib. Hücumlar zamanı 200-dən çox insanın həyatını itirdiyi açıqlanıb.