
BAKI, 12 mart. TELEQRAF
ABŞ qüvvələri Suriyada YPG terror təşkilatı (“Xalq Müdafiə Bölmələri”) ilə birgə təlimlər keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, təlimin YPG-nin bağlı olduğu “Suriya Demokratik Qüvvələri”nin lideri Fərhad Abdi Şahinlə (Mazlum Kobani) Suriya Prezidenti Əhməd Şaraa arasında imzalanan razılaşmadan sonra təşkil edilməsi diqqət çəkib.
Təlimə ABŞ ordusunun “Bradley” zirehli texnikaları da cəlb olunub.
Təlimlərlə bağlı ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən açıqlamada YPG “Amerikanın Suriyadakı hərbi tərəfdaşı” adlandırılıb.