BAKI, 3 iyun. TELEQRAF

1984-cü ilin iyununda törədilən qətllər, insanlara vurulan ağır mənəvi-fiziki zərbələr və həyat şəraitinin dözülməz həddə çatdırılması həmin dövrdə planlı bir siyasətin yürüdüldüyünü sübut edir.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Siqh Federasiyasının icraçı direktoru Dabinderjit Sinqh Sidhu Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

O, Amritsardakı hadisələrin təsadüf olmadığını, əvvəlcədən proqramlaşdırıldığını qeyd edərək, tarixi faktların mütləq hüquqi müstəvidə araşdırılmalı olduğunu vurğulayıb.