BAKI, 3 iyun. TELEQRAF
Etnik azlıqlar assimilyasiya təhlükəsi ilə üz-üzədir.
Teleqraf xəbər verir ki, bu barədə Kanada Siqh Federasiyasının sədri Bual Moninder Sinqh Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfransda bildirib.
O, rəsmi Dehlinin hazırkı idarəçilik dövründə ifrat sağçı "Hindutva" ideologiyasını yürütdüyü, ölkədəki müxtəlifliyi sıxışdırdığı diqqətə çatdırılıb:
“Bəzi dairələrin özünü dünyaya "demokratiya beşiyi" kimi təqdim etməsinə baxmayaraq, pərdəarxasında asimilasiya dalğası mövcuddur. 1984-cü ilin iyununda Amritsardakı müqəddəs məkana edilən hərbi hücum bu zorakılığın ən qanlı səhifələrindəndir”.
Federasiya rəhbəri bu təzyiqlərin artıq qlobal xarakter aldığını söyləyib.