BAKI, 2 iyun. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İtaliyanı Milli Günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bununla bağlı nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
"İtaliyanın Milli Günü münasibətilə bu ölkənin hökumətini və xalqını ürəkdən təbrik edirik. Milli Günün mübarək, İtaliya!"- təbrikdə bildirilib.