BAKI, 26 may. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanı Milli Günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə XİN-nin sosial media hesabında paylaşım edilib.
"Gürcüstanın Milli Günü münasibətilə Gürcüstan hökumətinə və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.
Dostluq, strateji tərəfdaşlıq və möhkəm qonşuluq əlaqələri ilə bir-birinə bağlı olan ölkələrimiz arasındakı daimi əməkdaşlığı yüksək qiymətləndirir və qarşılıqlı maraq doğuran bütün sahələrdə tərəfdaşlığımızın daha da güclənməsini səbirsizliklə gözləyirik.
Milli Günün mübarək, Gürcüstan!" - təbrikdə qeyd olunub.