BAKI, 17 may. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə mayın 17-18-də Bakı şəhərinə işgüzar səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Özbəkistan lideri Bakıda BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) himayəsi altında keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Liderlər Sammitində iştirak edəcək və tədbirdə çıxış edəcək.
Səfər çərçivəsində Özbəkistan rəhbərinin Bakıda qlobal forumda iştirak edən xarici nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər və danışıqlar aparması da nəzərdə tutulub.