BAKI, 13 may. TELEQRAF

Ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyəti mayın 13-də Fəxri xiyabanı ziyarət edib.

Teleqraf xəbər verir ki, nümayəndə heyəti xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüb.