BAKI, 17 aprel. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Suriyanı Milli Gün münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.

"Suriyanın Milli Günü münasibətilə Suriya hökumətini və xalqını səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq. Milli Günün mübarək, Suriya!", - paylaşımda qeyd olunub.