BAKI, 11 mart. TELEQRAF

Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubay şəhərində xəsarət almış və xəstəxanaya yerləşdirilmiş Azərbaycan vətəndaşının müalicəsi yekunlaşıb və o, bu gün xəstəxanadan buraxılıb.

Bu barədə Teleqraf-a Azərbaycanın Dubaydakı Baş konsulluğundan məlumat verilib.

Dubay şəhərindəki Baş konsulluğumuz vətəndaşımızı və ailə üzvünü hava limanına yola salıb. Vətəndaşın bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur.