BAKI, 6 mart. TELEQRAF
ABŞ ötən gün İran tərəfindən Naxçıvana qarşı həyata keçirilən pilotsuz uçuş aparatları ilə hücumları qətiyyətlə pisləyir və Azərbaycan xalqı ilə tam həmrəy olduğunu bildirir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Bakıdakı səfirliyinin sosial şəbəkə hesabında qeyd edilib.
"ABŞ-nin Azərbaycandakı Səfirliyi vəziyyətin inkişafını diqqətlə izləyir və hücum nəticəsində yaralanan şəxslərə tezliklə sağlamlıqlarını bərpa etməyi arzulayır," - deyə məlumatda bildirilib.