BAKI, 6 mart. TELEQRAF

Yaxın Şərqdə cərəyan edən proseslər fonunda müxtəlif ölkələrdə qalan Azərbaycan vətəndaşlarının təxliyəsi istiqamətində intensiv işlər aparılır.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda moldovalı həmkarı Mixay Popşoi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Hazırda səfirlik və konsulluqlara edilən müraciətlərin sayının 1000 civarında olduğunu deyən nazir, əsasən beş ölkədən - BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və Küveytdən müraciətlərin daxil olduğunu vurğulayıb.