BAKI, 6 mart. TELEQRAF

"Martın 4-də 209 nəfər Səudiyyə Ərəbistanının Ciddə şəhərindən təxliyə edildi".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda moldovalı həmkarı Mixay Popşoi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Digər tərəfdən bizim Qətərdə qalan insanlarımız var idi. Martın 7-də Qətərdə qalan insanlarımız Ciddədən təxliyə ediləcək. Küveytdə, Bəhreyndə qalan insanlar var, onların hamısının Ciddəyə gətirilərək təxliyəsi planlaşdırılır”, - o qeyd edib.