BAKI, 6 mart. TELEQRAF
"Azərbaycan–Moldova arasında ticarət dövriyyəsi 11 milyon ABŞ dollarını əhatə edir".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda moldovalı həmkarı Mixay Popşoi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Biz iki ölkə arasında bu dövriyyəni artırmaq niyyətindəyik. Bununla bağlı bu gün müzakirələr aparılıb”, - o qeyd edib.