BAKI, 6 mart. TELEQRAF

Azərbaycan və Moldova xarici işlər nazirlikləri arasında 2026–2027-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb.

Teleqraf xəbər verir ki, sənədi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və moldovalı həmkarı Mixay Popşoi imzalayıb.

Sənəd iki ölkə arasında siyasi dialoqun gücləndirilməsi, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan–Moldova tərəfdaşlığının inkişaf etdirilməsi öhdəliyinin bir daha təsdiqi kimi qiymətləndirilir.