BAKI, 5 mart. TELEQRAF

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisin edilən pilotsuz təyyarə hücumunu pisləyən bəyanat yayıb.

Teleqraf-ın xəbərinə görə, bəyanatda qeyd olunub:

"Beynəlxalq hüququn prinsip və normalarını kobud şəkildə pozan və regionda gərginliyi artıran bu cür hərəkətlər qəbuledilməzdir".

Qeyd olunub ki, Gürcüstan regionda sülh və sabitliyin qorunmasını vacib sayır və gərginliyin azaldılması üçün diplomatik dialoqu dəstəkləyir.