BAKI, 26 fevral. TELEQRAF

"Azərbaycan Meksikada baş verən son hadisələrlə bağlı səfirliklə mütəmadi əlaqə saxlayır".

Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Azərbaycan vətəndaşları tərəfindən hər hansı sıxıntıların olmasına dair səfirliyə hələ müraciət daxil olmayıb:

"Səfirliyimiz fəaliyyətdədir, 24 saat ərzində əlaqə saxlamaq mümkündür. Yerli orqanlar tərəfindən məlumatların izlənilməsi önəmlidir. Ötən gündən Meksika rəhbərliyi tərəfindən vəziyyətin normallaşması və nəzarət altında olması barədə açıqlamaların da şahidi olduq".