BAKI, 18 fevral. TELEQRAF

ABŞ-nin Azərbaycandakı səfirliyi futbolçu Nəriman Axundzadənin Ohayo ştatını təmsil edən "Kolambus Kryu" klubuna transfer olması münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycanlı futbol ulduzu Nariman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən Columbus Crew klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik!

“Qarabağ FK”nın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-nin Major League Soccer (MLS) liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.

Eyni zamanda, “Qarabağ” klubuna bu axşamkı Çempionlar Liqası qarşılaşmasında uğurlar və inamlı qələbə diləyirik!”