BAKI, 16 fevral. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri fevralın 16-da başa çatıb.

Teleqraf xəbər verir ki, Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Serbiya Prezidenti Aleksandar Vuçiç yola salıb.

Azərbaycan liderinin Serbiyaya səfəri başa çatdıqdan sonra dövlət başçısının təyyarəsini Serbiya qırıcıları müşayiət edib.