BAKI, 15 fevral. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 15-də Serbiyaya rəsmi səfərə gedib.
Teleqraf xəbər verir ki, Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Serbiya Prezidenti Aleksandar Vuçiç qarşıladı.