BAKI, 11 fevral. TELEQRAF

ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri şərəfinə Heydər Əliyev Mərkəzi ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Diplomatik nümayəndəlik bu addımı iki ölkə arasındakı münasibətlərin rəmzi kimi qiymətləndirib:

"Bu gözəl jest ABŞ və Azərbaycan arasında güclənən və böyüyən tərəfdaşlığın təzahürüdür. Eyni zamanda, bu, dostluğumuzun, əməkdaşlığımızın, daha parlaq gələcəyə və qarşılıqlı rifaha sadiqliyimizin bariz rəmzidir".