BAKI, 28 yanvar. TELEQRAF
Azərbaycan və Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsinə və əməkdaşlığın genişləndirilməsinə sadiqliyini qətiyyətlə davam etdirir.
Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov "X" hesabında paylaşım edib.
Nazir qeyd edib ki, Çinə səfəri çərçivəsində həmkarı Van İ ilə səmərəli ikitərəfli görüş keçirib:
"Görüş zamanı hərtərəfli strateji tərəfdaşlığımızın irəlilədilməsi, siyasi dialoqun dərinləşdirilməsi, praktiki əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal proseslər ətrafında fikir mübadiləsi apardıq.
Azərbaycan qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanan Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsinə və əməkdaşlığın genişləndirilməsinə sadiqliyini qətiyyətlə davam etdirir".