BAKI, 27 yanvar. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyi 27 Yanvar- Beynəlxalq Holokost Xatirəsi Günü münasibətilə sosial media hesablarında paylaşım edib.
Teleqraf xəbər verir ki, bu barədə qurumun "X" hesabında qeyd olunub.
"27 yanvar – Beynəlxalq Holokostu Anma Günündə insanlıq tarixinin ən dəhşətli cinayətlərindən birinin qurbanlarını dərin ehtiramla yad edirik.
Biz soyqırımı və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına, dini və etnik nifrətə, eləcə də dözümsüzlüyün bütün formalarına qarşı mübarizəyə sarsılmaz sadiqliyimizi bir daha bəyan edirik",- paylaşımda bildirilib.
On 27 January – International Holocaust Remembrance Day, we solemnly commemorate the victims of one of the gravest atrocities in human history.
— MFA Azerbaijan (@AzerbaijanMFA) January 27, 2026
We reiterate our unwavering commitment to preventing genocide and crimes against humanity, and to countering religious and ethnic… pic.twitter.com/H7L4HjwhZX