BAKI, 26 yanvar. TELEQRAF

"Azərbaycanla İsrail arasında münasibətlər ildən-ilə inkişaf edir".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda israilli həmkarı Gideon Saar ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

”Bu münasibətlər müxtəlif sahələri əhatə edir və artıq tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasındakı münasibətlərə ən böyük töhfəni Azərbaycanda yaşayan yəhudi icması verir. Təbii ki, İsrailə köçmüş azərbaycanlılar da buna daxildir,” – o qeyd edib.