BAKI, 20 yanvar. TELEQRAF

Litva Prezidenti Gitanas Nauseda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar paylaşım edib.

Teleqraf xəbər verir ki, ölkə başçısı "X" hesabında paylaşımında qeyd edib:

"Litva bu gün 1990-cı ilin yanvarında sovet ordusunun təcavüzü nəticəsində şəhid olmuş günahsız insanların müqəddəs xatirəsini ehtiramla yad edərkən Azərbaycanın yanındadır. Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi. Şəhidlərin ruhları şad olsun".