BAKI, 25 dekabr. TELEQRAF

Prezident İlham Əliyev "Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş"ə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Teleqraf xəbər verir ki, Saziş 1968-ci il aprelin 22-də London, Moskva və Vaşinqton şəhərlərində imzalanıb.