BAKI, 7 dekabr. TELEQRAF

“Sabah İran xarici işlər naziri Abbas Əraqçi Azərbaycan Prezidenti və digər yüksək vəzifəli rəsmilərlə görüşəcək. Bizim Azərbaycanla münasibətlərimiz çox önəmlidir. İki ölkə qonşudur, ortaq dinə, mədəniyyətə və dərin tarixi bağlara malikdir,”

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik brifinq zamanı bildirib.

O qeyd edib ki, bu səfərlərin məqsədi münasibətlərin gücləndirilməsi, Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə verməkdir.