BAKI, 7 dekabr. TELEQRAF
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında Doha Forumu ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, H.Hacıyev Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla müzakirələrinin videosunu paylaşıb.
Qeyd edək ki, dekabrın 6-da keçirilən müzakirələr zamanı sülhün iqtisadi faydaları, əlaqəlilik, etimad quruculuğu tədbirləri də daxil olmaqla Vaşinqton razılaşmasının icrası istiqamətində atılan addımlar müzakirə olunub.
Doha Forum - Armenia Azerbaijan Lasting Peace: The Washington Accord and a Shared Future @DohaForum https://t.co/1Vgio240W9 via @YouTube
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 7, 2025