BAKI, 7 dekabr. TELEQRAF

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Hikmət Hacıyev sosial media hesabında paylaşım edib.

"Azərbaycan–KƏŞ münasibətlərinin uğurlu inkişafına dair fikir mübadiləsi apardıq və əməkdaşlığımızın daha da genişləndirilməsi imkanlarını müzakirə etdik", -paylayımda deyilir.