BAKI, 28 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, keçmiş prezident Co Baydeni qolf oynamağa dəvət edib, lakin Bayden bundan imtina edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə hərbçilərlə videokonfrans zamanı danışıb.
“Mən onu dəvət etmişəm, amma o görünmək istəmir”, – Tramp qeyd edib. O, özünü yaxşı qolfçu hesab etdiyini də əlavə edib.
Xatırladaq ki, 2024-cü ilin mart ayında ABŞ prezidenti vəzifəsində olduğu dövrdə Co Bayden Trampa qolf oynamaq təklif etmiş, hətta siyasi rəqibinə üç zərbə “fora” verməyə hazır olduğunu bildirmişdi. 2024-cü ilin iyununda keçirilən prezident debatlarında tərəflər yenidən qolf mövzusunda mübahisə etmişdilər.