BAKI, 24 noyabr. TELEQRAF

"Zəngəzur dəhlizi türk dünyasının birliyinin rəmzidir – Türkmənistan türk dövlətləri ilə əməkdaşlığı genişləndirməyə hazırdır".

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan CAREC lahiyə ofisinin direktoru Mergen Kepbanov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda keçirilən "Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü" adlı paneldə bildirib.

Onun sözlərinə görə, Türk dünyasında inteqrasiya prosesləri sürətlənir:

“Zəngəzur dəhlizi təkcə nəqliyyat layihəsi deyil, həm də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin strateji həmrəyliyinin və iqtisadi birliyinin simvoluna çevrilib”.

M.Kepbanov vurğulayıb ki, bu fonda Türkmənistanın türk dövlətləri ilə daha sıx əməkdaşlığa hazır olması xüsusi önəm daşıyır:

“Türkmənistan qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsi, enerji və tranzit sahələrində ümumi layihələrə qoşulmaq niyyətindədir”.