BAKI, 24 noyabr. TELEQRAF
Rusiyada bir həftə ərzində ölkə üzərində 570 Ukrayna dronu vurulub.
Teleqraf xəbər verir ki, Rusiya Hava Hücumundan Müdafiə qüvvələri son bir həftə ərzində ölkə ərazisi üzərində 570 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bu hücumlar daha çox 23 noyabr tarixində baş tutub.