BAKI, 24 noyabr. TELEQRAF
Böyük Britaniyanın sabiq baş naziri Devid Kemeron prostat xərçəngindən sağalıb.
Teleqraf xəbər verir ki, siyasətçi müalicə kursunu uğurla tamamladığını "The Times" qəzetinə verdiyi müsahibədə deyib.
Devid Kemeron prostat vəzi xərçəngindən müalicə aldığını açıqlayıb. Kemeron bildirib ki, 2024-cü ildə müalicəyə başlayıb. O, 2025-ci ilin iyununda xərçəngə qalib gəldiyini söyləyib.