BAKI, 24 noyabr. TELEQRAF

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjori Teylor-Qrin 2028-ci il prezident seçkilərində iştirak edəcəyi barədə yayılan xəbərləri təkzib edib.

Teleqraf xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü, Corciya ştatından seçilmiş Marjori Teylor-Qrin 23 noyabrda "Time" jurnalının onun 2028-ci ildə prezident seçkilərində namizədlik irəli sürmək niyyətində olduğunu iddia edən materialını təkzib edib.

“Prezidentliyə namizədliyimi irəli sürmək fikrim yoxdur və heç vaxt bunu etmək istədiyimi deməmişəm. Kimsə bu barədə danışanda yalnız gülmüşəm”, – o sosial şəbəkə X-də yazıb.

Qeyd edək ki, Teylor Qrin 5 yanvar 2026-cı il tarixindən etibarən konqresi tərk edəcəyini açıqlayıb. Bundan əvvəl isə ABŞ Prezidenti Donald Tramp Teylor Qrini ölkəyə xəyanətdə ittiham etmiş və onu qurban imici yaratmağa çalışmaqda günahlandırmışdı.