BAKI, 24 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarının gedişindən razılığını ifadə edib.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ dövlət katibi Marko Rubio bildirib.
Rubionun sözlərinə görə, o, prezidentlə telefon danışığı zamanı prosesin gedişi barədə məlumat verib və Tramp danışıqların nəticələrindən məmnun olduğunu deyib.
“Yekun razılaşma tərəflər tərəfindən təsdiqlənməlidir. Əhəmiyyətli irəliləyiş əldə olunub. Həlli qalan bir neçə məsələ mövcuddur. Nümayəndə heyətləri münaqişənin həlli üzrə işi sabah davam etdirəcək”, – Rubio əlavə edib.