BAKI, 16 noyabr. TELEQRAF

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev sosial media hesabında Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət görüşü bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, paylaşımda deyilir:

“Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Toplantısı tezliklə başlayır. Azərbaycan Mərkəzi Asiya ailəsinin tamhüquqlu üzvünə çevrilir. Ortaq tariximiz, etnik və dil əlaqələrimiz, dini ənənələrimiz və mədəni dəyərlərimiz “6” formatında siyasi birliyə çevrilir”.