BAKI, 3 noyabr. TELEQRAF

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərə yola düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4 noyabr tarixində Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.