BAKI, 21 oktyabr. TELEQRAF

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Qazaxıstana səfəri ilə bağlı sosial media hesabında paylaşım edib.

Teleqraf xəbər verir ki, paylaşımda deyilir:

"Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri əsnasında rəsmi ziyafətdə Qazax qardaşlarımız Azərbaycan mədəniyyətinə hörmətin nümunəsi olaraq Müslim Maqomayevin repertuarından “Синяя вечность» mahnısını böyük sevgi və coşğu ilə ifa edirlər".