BAKI, 15 oktyabr. TELEQRAF
Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar sülh gündəliyinin irəli aparılmasına şərait yaratdı.
Teleqraf xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirib.
Ölkə başçısı Vaşinqtonda Ermənistanın icrası ilə bağlı üzərinə öhdəlik götürdüyü TRİPP layihəsinin regional əməkdaşlıq baxımından önəminə toxunub, onun bütün bölgə üçün faydalı olacağını deyib.