BAKI, 13 oktyabr. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev Misirdə Macarıstanın Baş naziri Viktor Orban və Niderlandın baş naziri Niderlandın Baş naziri Dik Sxoofla görüşüb.

Teleqraf xəbər verir ki, görüş Şarm əl-Şeyxdə Qəzza ilə bağlı sammit çərçivəsində baş tutub.

Qeyd edək ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.