BAKI, 13 oktyabr. TELEQRAF
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.
Teleqraf xəbər verir ki, dövlətimizin başçısı Sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəlib.
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamlayıb.
Sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlətimizin başçısını salamlayıb.
Daha sonra Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdiriblər.
Yaxın Şərq Sülh Sammitinin iştirakçıları birgə foto çəkdiriblər.
ABŞ Prezidenti Sammitdə çıxışı zamanı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevi çox güclü liderdir.
"Hər halda, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim. Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? Onlar 31 il vuruşdular. Oval Ofisdə bir-birinə əks tərəfdə oturmuşdular. Bir saatı bitirdiyimiz zaman hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdurlar və çox gözəl anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, həqiqətən inanılmazdır".

