BAKI, 12 oktyabr. TELEQRAF

Azərbaycan XİN Qətərə başsağlığı verib.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin "Facebook" hesabında paylaşım edilib.

"Biz Qətər Dövlətinin hökumətinə və xalqına Misirdə baş vermiş avtomobil qəzasında qətərli diplomatların faciəvi ölümü ilə əlaqədar başsağlığı veririk", - paylaşımda deyilir.