BAKI, 10 oktyabr. TELEQRAF

Oktyabrın 8-də Qəzzaya humanitar yardım aparan gəmidə saxlanılan iki Azərbaycan vətəndaşları - Pərvin Əzimov və Orxan Səmədzadə Türkiyəyə geri qaytarılıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

"Hər iki şəxs Azərbaycanın İsraildəki səfirliyinin dəstəyi ilə azad edilərək Türkiyəyə yola salınıb",- A. Hacızadə qeyd edib.