BAKI, 10 oktyabr. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbədəki "Millət" sarayına gəlib.
Teleqraf xəbər verir ki, Tacikistan Prezidenti Emoməli Rəhmon dövlətimizin başçısını qarşılayıb.