BAKI, 9 oktyabr. TELEQRAF
Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında keçirilən görüşdə ikitərəfli gündəliyin bütün ən aktual və mürəkkəb məsələləri müzakirə olunub.
Teleqraf xəbər verir ki, bunu "Vedomosti" yə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Söhbət zamanı gündəmdəki bütün aktual məsələlər müsbət mənada qaldırıldı", - Kreml sözçüsü vurğulayıb.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya səmasında vurulandan sonra Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Qəzadan sonra iki ölkə arasındakı münasibətlərdə soyuqluq yaranıb.
Oktyabrın 9-da Rusiya və Azərbaycan prezidentləri Düşənbədə baş vermiş təyyarə qəzası və digər aktual məsələləri müzakirə ediblər. Rusiya Prezidenti Vladimir Putin təyyarə qəzasına görə, Azərbaycandan üzr istəyib.